Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyənlərin sayı 8 mini keçib
05.07.2019 [15:32]
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 5-i saat 14:10-a olan məlumata görə, 8171 subbakalavr qeydiyyatdan keçib. Onlardan 8075 nəfərin ərizəsi təsdiqlənib.