ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Dünəndən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İyulun 8-də alman dili və tarix fənnləri üzrə namizədlər imtahan verib. İmtahanda tarix fənni üzrə ən yüksək nəticə 58 bal, alman dili fənni üzrə isə 53 bal olub. Bu gün isə namizədlər fizika, fransız dili ve musiqi fənnləri üzrə imtahan verirlər. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.