ELM VƏ TƏHSİL


“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində 3 panel yekunlaşıb

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun 3 panel iclası yekunlaşıb. Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Qafqazda multikulturalizm” mövzusunda təşkil edilən 1-ci panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və Qriffis Universitetinin Mədəniyyət və Dinlərarası Dialoq Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Brian J. Adamsın moderatorluğu ilə keçirilib.