Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hollandiyalı mühəndislərdən V şəkilli təyyarə

13.07.2019 [18:43]

İnternetdə Hollandiya mühəndislərinin hazırlıq mərhələsində olan sərnişin təyyarəsinin görüntüləri yayılıb. V şəklində dizayn edilən bu təyyarənin 20 % daha az yanacaq sərf edəcəyi bildirilir. Həmçinin onun digərlərindən bir fərqi də odur ki, sərnişinlər üçün qanad hissəsində də oturacaqlar yerləşdilib.