ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 18-də Azərbaycan Texniki Universitetinin idman zalına müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləmək üçün infotur təşkil olunub. İnfotur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bu gün ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyən namizədlər imtahan verib. Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır