ELM VƏ TƏHSİL


II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699  abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta  məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır