ELM VƏ TƏHSİL


DİM-in Direktorlar Şurasının sədri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şabran şəhər Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Görüşdə əsasən qəbul imtahanlarının nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, rezidenturaya qəbul, qabiliyyət imtahanları və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər olunub.