Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb
24.07.2019 [12:28]
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. DİM-dən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi iyulun 24-dən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılır.