ELM VƏ TƏHSİL


5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. I ixtisas qrupu üzrə ümumilikdə 1621, II ixtisas qrupu üzrə 1071, III ixtisas qrupu üzrə 1316, IV ixtisas qrupu üzrə 476 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 714 nəfərdir.