Azərbaycan Dövlət İnformasiya Agentliyi

500-dən çox bakalavrın ərizəsi təsdiqlənib

26.07.2019 [16:34]

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq istəyən bakalavrların elektron ixtisaslaşma seçimi ərizələrinin qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İyulun 26-i saat 14:35-ə olan məlumata görə, 503 (Azərbaycan bölməsi - 483, rus bölməsi - 20) bakalavrın ərizəsi təsdiqlənib.