24 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
29.07.2019 [11:35]
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 10:55-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 7219, II ixtisas qrupu üzrə 5535, III ixtisas qrupu üzrə 6972, IV ixtisas qrupu üzrə 2021 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 3003 nəfərdir.