Kolleclərə abituriyentlərin ərizə qəbulu davam edir
31.07.2019 [11:39]
Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən bu ilin abituriyentlərinin ərizə qəbulu davam edir. İyulun 31-i saat 11:20-yə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 24119 (Azərbaycan bölməsi üzrə 23450, rus bölməsi üzrə 669) abituriyentin ərizəsi təsdiqlənib.