Bu günədək 41 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
01.08.2019 [18:54]
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, I ixtisas qrupu üzrə ümumilikdə 11763, II ixtisas qrupu üzrə 9638, III ixtisas qrupu üzrə 12447, IV ixtisas qrupu üzrə 3190 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4622 nəfərdir.