Beynəlxalq İnformatika Olimpiadasının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib
05.08.2019 [13:11]
Xəbərin mətni
31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bu məlumat avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirilib. Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı təqdimatı dinlənilib.