Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilib
05.08.2019 [20:29]
Xəbərin mətni
Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.