ELM VƏ TƏHSİL


İxtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, avqustun 6-sı saat 10:50-yə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 16651, II ixtisas qrupu üzrə 13765, III ixtisas qrupu üzrə 17839, IV ixtisas qrupu üzrə 4343 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 5226 nəfərdir.