Kolleclərə qəbul üçün müsabiqənin nəticələri elan olunub
06.08.2019 [15:16]
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.