Sabah müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsi başlanır
06.08.2019 [16:20]
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakant yerlərin seçilməsi mərhələsi avqustun 7-də başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.