ELM VƏ TƏHSİL


Biləsuvarda 1 saylı tam orta məktəb üçün tikilən yeni binada son tamamlama işləri görülür

Biləsuvarda Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta məktəb üçün yeni bina inşa olunur. Tikinti işləri Prezident İlham Əliyevin ötən ilin sentyabr ayında Biləsuvara tarixi səfərindən sonra imzaladığı sərəncama əsasən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, 13 min 400 kvadratmetr ərazidə salınan 4 mərtəbəli tədris müəssisəsi 5 korpusdan ibarətdir. Məktəb binasında 54 sinif otağı, 500 nəfərlik akt zalı, laboratoriyalar, kitabxana, hərbi hazırlıq kabineti, informatika və hesablama texnikası kabineti, 218 yerlik yeməkxana inşa olunub. Tikinti işləri başa çatdıqdan sonra məktəb ərazisində geniş yaşıllıq sahəsi salınacaq.