Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb
08.08.2019 [11:55]
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.