Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avqustun 15-dən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

09.08.2019 [12:02]

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.