ELM VƏ TƏHSİL


31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi keçirilib

Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.
Tədbirdə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor "Acer" şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.