ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır. Bu mərhələ bu gün saat 13:00-da yekunlaşacaq. İndiyədək 23 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.