ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı elan edilib

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlanacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.