Kolleclərə ixtisas seçimi davam edir
16.08.2019 [10:31]
Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:15-dək kolleclərə qəbul olmaq üçün 4501 (Azərbaycan bölməsi - 4316, rus bölməsi - 185) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.