SİYASƏT


DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu DSX-nin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov avqustun 16-da təşkil olunan mətbuat konfransında deyib.
E.İbrahimov bildirib ki, bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.