Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib

17.08.2019 [12:48]

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, I ixtisas qrupu üzrə 53, II qrup üzrə 607, III qrup üzrə 17, IV qrup üzrə 116, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.