15 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
19.08.2019 [17:00]
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 19-u saat 16:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 86, II qrup üzrə 1185, III qrup üzrə 21, IV qrup üzrə 17, V qrup üzrə 23 nəfər ərizəsini təsdiqləyib.