Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəblərin boş plan yerlərinə qəbul üçün keçirilən müsabiqələrin nəticələri açıqlanıb

20.08.2019 [17:23]

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.