ELM VƏ TƏHSİL


Çin dronlar vasitəsilə həyata keçirilən tank hücumunu təqdim edib

Çin ordusu Hindistanla sərhəddə,Tibet ərazisində genişmiqyaslı təlimlər keçirib. 4500 metr hündürlükdə yerləşən təlim meydançasında ağır zirehli texnikalar dronlar vasitəsilə idarə edilib. AZƏRTAC "CCTV" kanalına istinadən xəbər verir ki, tədbirdə son ZTZ-99A əsas döyüş tankları və 76-cı Ordu Qrupunun modernləşdirilmiş piyada döyüş maşınları ZBD-04A nümayiş olunub. Təlim vaxtı 50-ci illərdə istismara verilmiş köhnə tanklar hədəf kimi istifadə edilib.