ELM VƏ TƏHSİL


DİM abituriyentlərə müraciət edib

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər müvafiq təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.