ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır

Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır.
AZƏRTAC xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva prosesi izləyib. O, jurnalistlərə müsahibəsində bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə avqustun 19-da start verilib və 5 gün ərzində 3700 nəfərdən çox namizədin iştirakı nəzərdə tutulub. Bu günə qədər 2632 nəfər müsahibədə iştirak edib. Sonuncu gündə müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.