ELM VƏ TƏHSİL


Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

Avqustun 26-da Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatının bütün respublika üzrə elektron qaydada həyata keçiriləcəyini bildirib. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək.