Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolleclərə qəbul olunmaq üçün 1027 nəfər ərizəsini təsdiqləyib

28.08.2019 [11:41]

Ümumi (9 illik) bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, avqustun 28-i saat 10:35-ə olan göstəricilərə görə, 1027 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib.
İxtisas seçimi sentyabrın 2-dək aparılacaq.