ELM VƏ TƏHSİL


“SpaceX” Mars raket-kapsulunun son sınağı keçirilib

“SpaceX” şirkətinin Marsa göndərəcəyi raket-kapsulun prototipinin son sınağı keçirilib. Məşhur biznesmen İlon Maskın qırımız planetdə koloniya yaratmaq üçün istifadə edəcəyi “Starhopper” adlanan bu kosmik aparat ABŞ-ın Texas ştatındakı Boka Çika qəsəbəsindəki müəssisədə hazırlanıb. plana uyğun yüksəkliyə çatan “Starhopper”in uşusu 57 saniyə davam edib. Onun 150 metr yüksəkiyə qalxması limitini isə ABŞ-ın Federal Aviasiya Administrasiyası müəyyən edib. Ən mühüm olanı isə, kosmik aparatın qısamüddətli uçuş zamanı pilotların olduğu kapsulu uğurla ayırmasıdır.