ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlanacaq

Məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlanması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.