ELM VƏ TƏHSİL


Tam orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər avqustun 29-u saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır