“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib
29.08.2019 [11:43]
Xəbərin mətni
“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.