ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Əlavə yerləşdirmədə iştirak etmək istəyənlər üçün son gün
29.08.2019 [18:22]
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.
İndiyədək 19 min 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 min 996 namizəd elektron ərizəsini təsdiqləyib.