Məktəbəhazırlıq qruplarına 17377 uşaq qeydiyyatdan keçib
30.08.2019 [11:03]
Bakı məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17377 ərizənin onlayn qeydiyyatı aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir.