ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1377 nəfər ərizə verib.