ELM VƏ TƏHSİL
9 illik təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır
02.09.2019 [10:39]
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.