ELM VƏ TƏHSİL


Yüksək bal toplayan 10 xaçmazlı tələbəyə fərdi təqaüd kartları verilib

Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar.