Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolleclərə qəbul olunmaq üçün 3 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

04.09.2019 [14:59]

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi bu gün 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, boş qalan yerlərə qəbul olunmaq üçün 3187 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib.