Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

11 illik təhsil bazasında 1424 nəfər kolleclərə qəbul olub

05.09.2019 [17:11]

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 6‑dan 11‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.