Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah 1200-dən çox şagird əlavə imtahan verəcək

07.09.2019 [20:14]

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI