ELM VƏ TƏHSİL


Bakı məktəblərində işə qəbul üçün 488 nəfər müsahibə mərhələsində iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.  Ümumilikdə, işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si  təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri,  219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir. Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.