Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır
11.09.2019 [11:47]
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.