ELM VƏ TƏHSİL
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib
16.09.2019 [14:50]
Xəbərin mətni
Quba rayonunun Alekseyevka kəndində inşa olunan şəhid Rəhman Məmmədov adına 960 şagird yerlik məktəb binası yeni tədris ilinin ilk günündə istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimində Təhsil naziri Ceyhun Bayramov Bilik Günü və məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.