MƏDƏNİYYƏT


Lənkəranlı rəssamın əsərləri xaricdə şəxsi kolleksiyalarda saxlanılır

Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, mükəmməl şəkildə “cızırlar”. Belə rəssamlardan biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü, 30 ildən çoxdur Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinə rəhbərlik edən Adil Əsədlidir. Bu il 65 yaşını qeyd edən tanınmış rəssam Lənkəranda yaşayıb yaratsa da, əsərləri dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilib.